Texas qubernatoru ştatın 13 dairəsində təbii fəlakət rejimi elan edib

Google+ Pinterest LinkedIn Tumblr +

Meksika körfəzi sahillərindəki şəhərlərdə tropik “İmelda” qasırğası nəticəsində sürəkli yağışlardan sonra Texas qubernatoru Qreq Ebbot ştatın 13 dairəsində təbii fəlakət rejimi elan edib.

Biosfer.az xəbər verir ki, Hyustonda daşqınlardan qorxuya düşmüş sakinlər evlərində qalmağa məcbur olublar. Minlərlə maşın su altında qalıb. Bəzi yerlərdə yağışın səviyyəsi 100 santimetrdən çox olub. Bu səbəbdən Hyustondakı iki aeroportdan uçmalı və həmin aeroportlara gəlməli olan 900-dən çox aviareys ləğv edilib. Sentyabrın 19-da tufanla əlaqədar ilk insan tələfatı halları qeydə alınıb. Cefferson dairəsində elektrik transformatorunun partlaması nəticəsində bir nəfəri cərəyan vuraraq öldürüb.

İkinci ölüm hadisəsi Harris dairəsində baş verib. Bu hadisənin təfsilatı hələ elan edilməyib.

Hyustonda güclü yağışlar və qasırğalar nadir hal deyil. Sonuncu dəfə belə daşqın 2017-ci ildə baş verib. O vaxt tufan nəticəsində bütün Hyuston iflic vəziyyətinə düşmüş, şəhərə çox böyük iqtisadi ziyan dəymişdi.

Paylaş