Hacıqabulda 8 ton ot bağlaması yanıb

Google+ Pinterest LinkedIn Tumblr +

Hacıqabul rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Biosfer.az-a verilən məlumata görə, rayonun Meyniman kəndində 15 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş