İndoneziya sahillərində silsilə zəlzələlər olub

Google+ Pinterest LinkedIn Tumblr +

Sentyabrın 19-da İndoneziya sahillərində silsilə zəlzələlər baş verib.

Biosfer.az xəbər verir ki, bu barədə gtz.potsdam saytı məlumat yayıb. Bildirilir ki, 6,1 bal gücündə ilk yeraltı təkanın episentri Mərkəzi Yava əyalətinin Lasem yaşayış məntəqəsindən 82,2 kilometr cənub-qərbdə, ocağı 625 kilometr dərinlikdə yerləşib. Bundan 30 dəqiqə sonra baş verən digər iki zəlzələnin biri 5,9, digəri isə 5,6 bal gücündə olub.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Paylaş