Bolqarıstan tullantıların yandırılması göstəricisinə görə sonuncu yerlərdədir

Google+ Pinterest LinkedIn Tumblr +

Bolqarıstan Avropa İttifaqı (Aİ) ölkələri arasında enerjinin alınması məqsədi ilə tullantıların yandırılması göstəricisinə görə, sonuncu yerlərdədir.

AZƏRTAC xəbər verir ki, bu barədə parlamentdə Ekologiya naziri Neno Dimov bildirib. O qeyd edib ki, Bolqarıstanda enerji almaq məqsədilə yalnız 3,34 faiz tullantı yandırılır, halbuki Aİ-də bu göstərici 28,1 faizə bərabərdir. Eyni zamanda nazir qeyd edib ki, Bolqarıstan 823 781 min ton tullantı ixrac edib və 85 min ton idxal edir. Ölkənin ixrac etdiyi tullantılar pestisidlər, civə və sayrılardır ki, bunların da Bolqarıstanda emal imkanları mövcud deyil.

Qeyd edək ki, Bolqarıstan yandırmaq üçün istifadə olunan RDF tullantıların idxalına məhdudiyyət qoyan yeganə Aİ ölkəsidir. Məqsəd yerli RDF tullantıların istifadəsini stimullaşdırmaqdır.

Paylaş