Antalyada meşə yanğını

Google+ Pinterest LinkedIn Tumblr +

Türkiyənin Antalya şəhərinin Serik rayonunda meşə yanğını baş verib.

Biosfer.az xəbər verir ki, bölgədəki tarlalardan birində başlayan yanğın güclü küləyin təsiri ilə meşəlik əraziyə keçib.

Hazırda yanğının söndürülməsi işləri davam edir.

Hadisə baş verən bölgəyə 8 helikopter, 45 yanğınsöndürən maşın və 120 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.

Paylaş