İndoneziya sahillərində zəlzələ oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Şənbə günü İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub.

Biosfer.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Geoloji xidməti yayıb. Yeraltı təkanların episentri Lavui yaşayış məntəqəsindən (Şimali Maluku əyaləti) 108 kilometr məsafədə, ocağı yerin 10 kilometr dərinliyində yerləşib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.

İndoneziya Sakit okean odlu dairəsinin (güclü tektonik qırılma) tərkib hissəsidir. Burada hər il 4 baldan yuxarı 6-7 min zəlzələ baş verir.

Paylaş