“Faksay” tufanı Yaponiyanın Oqasavara adalarına yaxınlaşır

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, “Faksay” tufanı Tokionun cənub-şərqində yerləşən Oqasavara adalarına yaxınlaşır.

Biosfer.az xəbər verir ki, şənbə günü saatda 35 kilometr sürətlə şimal-qərb istiqamətində hərəkət edən tufan Oqasavara adalarından biri olan Çiçizimanın şərqindən 200 kilometr məsafədə baş verib. Tufanın mərkəzində küləyin sürətinin saatda 126 kilometrə çatdığı qeyd edilir. Küləyin şiddətinin saatda 180 kilometrə çatacağı proqnozlaşdırılır.

Tufanın öz intensivliyini saxlayaraq bazar günündən birinci günə keçən gecə Tokio da daxil olmaqla, Kanto regionuna çatacağı gözlənilir. Agentlik tufanın keçəcəyi ərazidə yaşayan əhaliyə güclü külək, leysan yağışları və dalğalı dəniz barədə xəbərdarlıq edib.

Paylaş