Avstraliyada fövqəladə vəziyyət elan edildi

Google+ Pinterest LinkedIn Tumblr +

Avstraliyanın Yeni Cənubi Uels və Kvinslənd əyalətlərində meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Biosfer.az xarici KİV-ə istinadla xəbər verir ki, sentyabrın 6-da 100-dən çox bölgədə başlayan və 51 bölgədə hələ də davam edən meşə yanğınları nəticəsində 21 ev yanıb, minlərlə insan təxliyə edilib. Bu əyalətlərin hər birində 500-dən çox yanğınsöndürən təbii fəlakətin qarşısını almağa çalışır. Lakin yağıntısız hava şəraiti səbəbindən vəziyyət getdikcə pisləşir. Növbəti 7 gün ərzində yağış yağmasının gözlənilmədiyi bölgələrdə yaşayan sakinlərə xəbərdarlıq edilib.

Xatırladaq ki, bu ilin fevral ayında Viktoriya ştatında meşə yanğınları 173 nəfərin ölümünə səbəb olub, 414 nəfər isə yaralanıb.

Paylaş