“Linlin” qasırğası 3 nəfərin həyatına son qoydu

Google+ Pinterest LinkedIn Tumblr +

Cənubi Koreyada “Linlin” qasırğası səbəbindən azı üç nəfər həlak olub.

Biosfer.az xəbər verir ki, bu barədə Koreya Respublikasının xilasetmə xidmətləri məlumat yayıb.

Ölümlə nəticələnən ilk hadisə Porön şəhərində qeydə alınıb. Burada yaşlı qadın təbii fəlakətin qurbanı olub. Sahilyanı İnçhon və Phacu şəhərlərində daha iki nəfər həyatını itirib.

Koreya yarımadasına şənbə günü çatan “Linlin” qasırğası ölkəyə ciddi zərər vurub. Leysan yağışları ilə müşayiət olunan qasırğanın daxilində küləyin maksimum sürəti Çolo-Namdo əyalətinin cənub-qərbində yerləşən Heuksan adasında qeydə alınıb – saniyədə 54,4 metr. Təbii fəlakət səbəbindən 300-dən çox aviareys ləğv olunub, yaxud təxirə salınıb, bir sıra avtomobil yolları bağlanıb.

Sinoptiklərin proqnozlarına əsasən, şimal istiqamətində irəliləməkdə davam edən qasırğanın yaxın saatlarda KXDR ərazisinə çatacağı gözlənilir.

Paylaş