Cənubi Koreyaya güclü “Linqlinq” qasırğası yaxınlaşır

Google+ Pinterest LinkedIn Tumblr +

Güclü “Linqlinq” qasırğası sürətlə Cənubi Koreyaya doğru hərəkət edir.

Biosfer.az xəbər verir ki, qasırğa günorta saatlarında ölkənin ən cənubunda yerləşən Çedju adasına çatacaq. Təbii fəlakət səbəbindən ada ərazisində 25 aviareys ləğv olunub, 14 sərnişin gəmisinə dənizə çıxmaq qadağan edilib, 300 yük gəmisi İnçhon limanından çıxarılıb.

Sinoptiklərin məlumatına əsasən, “Linqlinq” qasırğasının daxilində küləyin sürətinin saatda 200 kilometrə çatır. Təbii fəlakət səbəbindən bütün ölkə ərazisində təhlükə xəbərdarlığı elan edilib. “Linqlinq” bu mövsümdə artıq 13-cü qasırğa olacaq

Paylaş