“Biosfer” maraqlı layihə həyata keçirib

Google+ Pinterest LinkedIn Tumblr +

“Biosfer” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi “Ekologiya və ətraf mühitin qorunması istiqamətində cəmiyyətin sistemli informasiya ilə təmin olunması” layihəsini başa vurub. 15 may-15 avqust tarixlərində icra olunan layihə çərçivəsində www.biosfer.az saytında müvafiq bölmələr hazırlanıb və qarşıdakı fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Yerli və beynəlxalq mətbuatda ekologiya və ətraf mühitin qorunmasına həsr olunmuş məlumatlar toplanıb, həmçinin əcnəbi dillərdə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunaraq bu bölmədə yerləşdirilib. Əməkdaşlığa cəlb edilən ekspertlər tərəfindən mövcud problem və çıxış yollarına dair analitik yazılar yazılıb.

Eyni zamanda mövzü üzrə Prezidentin fərmanları, sərəncamları, Nazirlər Kabinetinin qərarları, Milli Məclisin qanunları, həmçinin digər rəsmi qurumların tədbirləri sistemləşdirilərək saytdakı müvafiq bölmədə yerləşdirilib.

Ümumiyyətlə, layihə çərçivəsində saytda 100 tərcümə olunmuş xəbər, 20 rəsmi material, 10 müəllif yazısı, 20 yerli mətbuatdan seçmələr əksini tapıb. Həmçinin, həmin materiallar sosial şəbəkədə paylaşılıb.

Təşkilat  bu layihə sayəsində cəmiyyətin ekologiya və ətraf mühit sahəsində sistemli informasiya ilə təmin olunmasına, insanların ekoloji sahədə maariflənməsinə öz töhfəsini vermiş olub.

Paylaş