3400 hektardan çox ərazi yanıb külə döndü – 8000 insan….

Google+ Pinterest LinkedIn Tumblr +

Qızmar istilər İspaniyaya məxsus Qran-Kanariya adasında yeni yanğının tüğyan etməsinə gətirib çıxarıb. Nəticədə 3400 hektardan çox ərazi yanıb külə dönüb.

Biosfer.az xəbər verir ki, avqustun 17-də Valseko yaşayış məntəqəsi rayonunda başlayan meşə yanğını nəticəsində Qran-Kanariyanın şimalından təqribən 8 min adam təxliyə edilib. Kanar adalarının Prezidenti Anxel Viktor Torresin sözlərinə görə, regionu cənginə almış güclü istilər alovun söndürülməsi prosesini daha da çətinləşdirir. Odla mübarizəyə 700-dən çox adam və 16 təyyarə cəlb edilib.

Meşə yanğınları bu ayın əvvəlindən artıq 1500 hektar ərazini məhv edib.

Paylaş