Azərbaycan ekoloji festivalda iştirak edəcək

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan Rusiyanın Adıgey Respublikasında keçiriləcək “Eko-Qafqaz” birinci ekologiya festivalında iştirak edəcək.

Biosfer.az xəbər verir ki, sentyabrın 28-29-da Qafqaz Dövlət Təbiət Biosfer Qoruğunda keçiriləcək festivalın məqsədi Qafqaz regionunda ekologiya və turizm sahəsində bilik və təcrübənin genişləndirilməsi, Rusiya regionları ilə xarici ölkələr arasında əməkdaşlığın inkişafıdır.

Festival Rusiya Prezident Qrantları Fondu və Rusiya hökumətinin dəstəyi ilə Qafqaz Dövlət Təbiət Biosfer Qoruğu, “NABU-Qafqaz” Təbiəti Mühafizə Mərkəzi tərəfindən təşkil olunacaq.

Paylaş