Ev həşəratlarından birdəfəlik qurtulun! – 6 TƏBİİ VASİTƏ

Google+ Pinterest LinkedIn Tumblr +

Həşəratların artdığı yay aylarında kimyəvi maddələrdən istifadə etmədən və təbiətin tarazlığını pozmadan evdə rahatlıq axtara bilərsiziniz. Ağlınızda “Evdə həşərat varsa nə etməliyəm” sualı varsa, onda bu yazını diqqətlə oxuyun!

Biosfer.az həşəratları təbii yolla evdən uzaqlaşdıran 6 bitkini təqdim edir:

Reyhan

Uzaqlaşdırdığı zərərli canlılar: ağcaqanad, qara milçək

Havaların isinməsiylə artan, həm gündüz, həm də gecə saatlarında sizə narahatlıq verən milçəkləri reyhan sayəsində uzaqlaşdırmaqla evinizdə rahat nəfəs dərə bilərsiniz. Qoxusu sayəsində ağcaqanad və qara milçəkləri “qovan” bu bitkini pəncərə və qapı yaxınlığına, eyvana və otağınıza yerləşdirə bilərsiniz. Hətta qaynar suya reyhan yarpağı qoyun və soyuyandan sonra həmin məhlulu sprey kimi bədəninizə sürtə bilərsiniz.

Lavanda

Uzaqlaşdırdığı zərərli canlılar: güvə, ağcaqanad, qara milçək, birə

Lavanda güvəni paltarlarınızdan uzaq tutmaq üçün mükəmməl bir vasitədir. Bundan başqa, lavanta gülləri birə, qara milçək və ağcaqanadların da düşməni sayıla bilər. Həyətənizin gün dəyən yerində əkə bilərsiniz. Həmçinin evdə saxsı dibçəklərdə də yetişdirə bilərsiniz. Lavanda ətri insanlara xoş gəlsə də, həşəratlar bu qoxunu heç sevmir!

Allium

Uzaqlaşdırdığı zərərli canlılar: yarpaq biti, ilbiz

Bağçanızda və eyvanınızda bitkilərinizə zərər verə biləcək həşəratlara qarşı allium istifadə edə bilərsiniz. Olduqca xoş görünüşə malikdir.

Rozmarin

Uzaqlaşdırdığı zərərli canlılar: tərəvəz böcəkləri, qara milçək, ağcaqanad

Yeməklərə xüsusi dad vermək üçün istifadə edilən rozmarin bitkisi də həşəratları evdən uzaqlaşdıran təbii vasitələrdən biridir. Ağcaqanad və milçəklə yanaşı, tərəvəz böcəklərinin də “düşmən”i sayılan rozmarindən sprey kimi də yararlana bilərsiniz. Su və qurudulmuş rozmarin bitkisini yarım saat qaynadın. Ardından bu qarışığı süzün və soyuduqdan sonra, sprey şüşəsinə doldurub soyuducunun buz dolabına qoyun. Açıq havaya çıxmazdan əvvəl bədəninizə sürtün.

Biberiye

Nanə

Uzaqlaşdırdığı zərərli canlılar: ağcaqanad, siçan, qarışqa

Quru formada yeməklərdə, tər formada çaylarda və soyuq içkilərdə istifadə olunan nanə eyni zamanda həşəratların düşmənidir. Qoxusu ilə zərərli həşəratları evdən uzaqlaşdırır.

Limon otu

Uzaqlaşdırdığı zərərli canlılar: ağcaqanad, qara milçək

Evinizdə rahat şəkildə istirahət etmək, bağçanızın keyfini çıxarmaq istəyirsinizsə, mütləq limon otu əkin.

Paylaş