Gürcüstanda qasırğa xəbərdarlığı

Google+ Pinterest LinkedIn Tumblr +

Qara dənizin Gürcüstan sahillərində qasırğa barədə xəbərdarlıq elan olunub.

Biosfer.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti ictimaiyyətə müraciət edib.

Xidmətin müraciətində deyilir ki, ölkə ərazisində bəzi bölgələrdə hava şəraiti kəskin dəyişəcək. Acarıstan, Quriya və Sameqrelo bölgələrində 3-4 bal gücündə qasırğa gözlənilir.

Xidmət vətəndaşları və turistləri dənizə daxil olmamağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Sahil xəttində dənizə girməyə müvəqqəti qadağa qoyulduğunu bildirən qırmızı bayraqlar qaldırılıb.

Fırtınadan sonra sahil xəttində dənizə girməyə icazəni bildirən ağ bayraqlar qaldırılacaq.

Paylaş