İqlim dəyişikliyinin daha bir fəsadı – Heyvanlar cılızlaşır

Google+ Pinterest LinkedIn Tumblr +

Alimlərin araşdırmasına görə, iqlim dəyişmələri heyvanların ölçülərinin kiçilməsinə səbəb olur.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, Keyptaun universitetinin tədqiqatçıları 23 il ərzində (1976-1999) müəyyən ərazilərdə yaşayan dağ quyruqaallayan quşların çəkisini öyrəniblər və həmin dövrdəki temperatur tendensiyasını da qeyd ediblər.

Yerli meteostansiyanın göstəricilərinə əsasən, müəyyən olunub ki, 23 il ərzində araşdırma aparılan bölgədə temperatur 0,18 dərəcə yüksəlib.

İstənilən iqlim dəyişikliyi Yer kürəsinə və onun ekosisteminə ciddi təsir göstərir.

Alimlər fərz edirdilər ki, müasir istiləşmə heyvanların ölçüsünün kiçilməsinə gətirib çıxara bilər. Ancaq bunu sübut edən faktlar yox dərəcəsində idi. Bu üzdən göstərilən 23 il ərzində lələklilər müşahidə olundu. Onların proqnozu özünü doğrultdu. Quyruqsallayanların ölçüsündə kiçilmə müşahidə olunub.

Paylaş