Bu gecə nəhəng və təhlükəli asteroid Yerin yaxınlığından keçəcək

Google+ Pinterest LinkedIn Tumblr +

Şənbə gecəsi, şərq vaxtı ilə 3:23-də 2006 QQ23 adı almış nəhəng asteroid Yer kürəsinə yaxınlaşacaq.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, yaxınlaşan asteroidin diametri 569 metrdir. Bu, Yer üzündəki ən böyük abidədən – Hindistandakı Birlik heykəlindən 3 dəfə böyükdür. Onun Yerin yaxınlığından saatda 26 min 740 km sürətlə keçəcəyi gözlənilir.

Kosmik qayanın Yerin orbitindən minimum 7,4 milyon km aralı keçəcəyi bildirilir, bu isə 0.049 astronomik vahidə (a.v.) bərabərdir.

Yaxınlaşma dərəcəsi 0.05 və bir qədər də kiçik astronomik vahid ölçülü, diametri isə 130 m-dən artıq olan bütün asteroidlər potensial təhlükəli sayılır. Beləliklə, 2006 QQ23 asteroidi də potensial təhlükəlidir, amma hesab edilir ki, o, Yer üçün hər-hansı təhlükə törətmir.

NASA-nın Yerətrafı Obyektlərin Öyrənilməsi Mərkəzinin (YOÖM) məlumatına görə, 2006 QQ23 asteroidi Aten sinfinə daxildir, bu isə o deməkdir ki, bəzən onun orbiti planetimizin orbiti ilə kəsişir.

Asteroidi YOÖM ilk dəfə 2006-cı il avqustun 21-də kəşf edib. Sonuncu dəfə o, 2017-ci il yanvarın 17-də Yerin orbitindən 0.40781 astronomik vahid uzaqlıqdan keçib. Gözlənilir ki, asteroid növbəti dəfə 2022-ci il fevralın 15-də Yerə “qonaq” gələcək, bu dəfə o, planetimizdən 0.40769 a.v. aralı keçəcək.

Paylaş