Cəsur it ailəni ölümdən xilas etdi

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın İndiana ştatının Nyu-Olbani şəhərində it bir ailəni yanğından xilas edib.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, Dadli adlı it mətbəxdə olarkən tüstü qoxusu hiss edib və hürməyə başlayıb. Heyvanın sahibi isə bu zaman hamamda olub. İtin səsinə çıxan ev sahibi yanğın başladığını görüb. Dərhal oğlunu çağıran kişi yanğından canını qurtarıb. Onlar evi tərk edən kimi divarlardan biri uçub. Amma Dadli evdə qalıb.

Hadisə yerinə gələn xilasedicilər dərhal axtarışlara başlayıblar və iti xilas ediblər. Qulağı və gözündə yanıq izləri olan Dadli həm də tüstüdən zəhərlənib. Hazırda xilaskar heyvan veterinar klinikada müalicə olunur.

Paylaş