İranda qum fırtınası əsib, zərərçəkənlər var

Google+ Pinterest LinkedIn Tumblr +

İranın cənub-şərqindəki Sistan və Bəloçistan ostanı ərazisində qum fırtınası nəticəsində səhhəti pisləşən 465 sakin səhiyyə müəssisələrinə üz tutub.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Fövqəladə Vəziyyəti İdarəetmə Mərkəzinin ostan idarəsi rəhbəri Əbdülrəhman Şahnavazi artıq bir neçə gündür bölgədə əsən qum fırtınasının Zəbul şəhərində 70 kilometr/saata çatdığını, hava limanında görmə məsafəsinin 60 metr olduğunu diqqətə çatdırıb.

Hakimiyyət qurumlarından bildiriblər ki, tibbi yardım üçün müraciət edən 465 nəfərdən 127 nəfəri xəstəxanalara yerləşdirilib, qalanlara ambulator müalicə keçirilib. Zərəçəkənlər əsasən tənəffüs və gözlərindən, ürək fəaliyyətindən şikayətləniblər.

Paylaş