Yunanıstanda Qərbi Nil virusu: iki nəfər öldü

Google+ Pinterest LinkedIn Tumblr +

Yunanıstanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə Qərbi Nil virusunun təsirindən iki nəfər ölüb.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, hər iki xəstənin yaşı 80-dən yuxarı olub. Milli səhiyyə təşkilatı qeyd edib ki, virusa yoluxanların sayı 25-ə çatıb. Yoluxanlar arasında orta yaş 77-dir.

Qeyd edək ki, bu virusa insanlarla yanaşı, heyvanlar da yoluxa bilirlər. Virusun əsas daşıyıcısı ağcaqanaddır.

Paylaş