Evin tavanında gizlənən ilan vanna otağına düşdü – DƏHŞƏT

Google+ Pinterest LinkedIn Tumblr +

Avstraliyanın Brisben bölgəsində baş verən hadisə bir ailəni dəhşətə gətirib.

Biosfer.az “Daily Mirror”a istinadən xəbər verir ki, evin tavanından yarım metr uzunluğunda ilan çıxıb. Vannaya düşən ilan həmin vaxt dişlərini təmizləyən uşaqları qorxudub.

Ailə dərhal fövqəladə xidmət əməkdaşlarına məlumat verib.

Hadisə yerinə gələn ilan tutan Brays Lokett bildirib ki, Avstraliyada hər üç evdən birinin tavanında ilan gizlənir. 7 ildi bu işlə məşğul olan Lokett indiyədək müxtəlif ilanlar tutub və onların fəqli yerlərdə gizləndiyini vurğulayıb.

Paylaş