“Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında qərar

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan Respublikası Nazirlər Kabineti “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Biosfer.az xəbər verir ki, qərarda deyilir:

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Balıq və digər su bioresursları ovunun Qaydaları” təsdiq edilsin (əlavə olunur).
  2. “Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin1999-cu il 24 sentyabr tarixli 152 nömrəliqərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 560; 2000, № 8 (III kitab), maddə 646, № 10, maddə 765; 2001, № 1, maddə 70, № 7, maddə 512; 2002, № 11, maddə 675; 2005, № 1, maddə 49, № 6, maddələr 555, 558; 2006, № 4, maddə 370; 2007, № 12, maddə 1336; 2008, № 6, maddə 586; 2010, № 6, maddə 566; 2016, № 4, maddə 826) 1-ci hissəsi ləğv edilsin.
Paylaş