Kirpilərin “eşq oyunu” polisi ayağa qaldırdı

Google+ Pinterest LinkedIn Tumblr +

Almaniyada yerli sakinlərin polis şöbəsinə şikayət zəngləri səngimək bilmir.

Biosfer.az “Daily Mail”ə istinadən xəbər verir ki, sakinlər kirpilərin səs küylü “cütləşmə oyunu”ndan narazılığını bildiriblər. Nəşrin yazdığına görə, insanlar qonşuların səs-küyündən və yaxud hansısa heyvan iniltisindən şübhələnərək şikayət ediblər. Ancaq məlum olub ki, bu səs cinsi əlaqəyə girən kirpilərin səsidir.

Auqsburqda uşaq bağçasının həyətindən də eyni səslər gəlib. Saksoniya vilayətinin Kamentse şəhərində yanğınsöndürənlər hidravlik qayçılardan istifadə edərək, xeyriyyə məqsədi ilə bağışlanan paltar qutusunu açmağa məcbur olublar. Buradan da kirpilər çıxıb.

Polislər etiraf edib ki, yay aylarında dəfələrlə belə müraciətlər olur. Münhen universitetinin veterinarlarının bildirdiyinə görə, kirpilərin cütləşməsi bir neçə saat çəkə bilir. Bu zaman erkək kirpilər dişilərə nisbətən daha çox səs-küy salır. Səslər isə müxtəlif olur: fısıldayır, qışqırır.

Kirpilərin cütləşmə dövrü aprel-sentyabr aylarını əhatə edir.

Paylaş