Milli parklar haqqında fərman

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsini rəhbər tutaraq qərara alıram:

  1. Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələri təsdiq edilsin:

1.1. “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı haqqında Əsasnamə”;

1.2. “Azərbaycan Respublikasının Şirvan Milli Parkı haqqında” Əsasnamə;

1.3. “Azərbaycan Respublikasının Ağgöl Milli Parkı haqqında” Əsasnamə”.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsinlər.
  2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Paylaş