Yaponiyada 150-dən çox təyyarə reysi ləğv olundu

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiya aviaşirkətləri ölkənin cənub-qərb hissəsində tüğyan edən güclü “Fransisko” tayfununa görə 150-dən çox təyyarə reysini təxirə salmağa məcbur olub.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın İctimai televiziyası məlumat yayıb.

Qeyd olunur ki, bu günə qədər Kyusyu adasından ölkənin digər bölgələrinə nəzərdə tutulan 160-a yaxın daxili təyyarə uçuşu ləğv edilib. Pis hava şəraiti ölkənin cənub-qərbindəki dəmir yolu nəqliyyatında fasilələrə səbəb olub.

15 mindən çox insan təxliyyə barədə məlumatlandırılıb.

Paylaş