Öküz, kəl, zubr, zebu – FƏRQLƏR NƏDƏDİR? – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Öküz və kəl, bizon və zubr. Onların hamısını buynuzlarının və dırnaqlarının olması birləşdirir. Fərqlər isə daha çoxdur. Sizə buynuzlular ailəsindən olan bu öküzlərin bəzi növlərindən danışmaq istəyirik.

İnək – ev öküzünün dişisi (лат. Bos taurus taurus). Erkəyi – öküz.

İnəklərin ev təsərrüfatında işlədilməsinə erkən paleolit dövrünə təsadüf edir. Elə o vaxtdan da bu heyvanlar insana qulluq edir. İri dişi inəyin çəkisi 1300 kiloqrama çatır. 32 dişi var və fasiləsiz olaraq ot yeyir. 20-35 il yaşayırlar.

Zubr və ya Avropa zubru

Avropada vəhşi öküzlərin sonuncu nümayəndəsidir. Ötən əsrin 20-ci illərinə qədər Avropa ölkələrində zubrlar çox olub. İki altnöv olub: Qafqaz və düzənlik zubrları. Sonuncu Qafqaz zubrunu 1926-cı ildə, düzənlik zubrunu isə 1921-ci ildə güllə ilə öldürüblər.

İndiki zubrların hamısı dünya zooparklarında qalmış 12 öküzdən törəmədir. Onlar zubr ilə bizondan əmələ gəlmiş hibridlərdir. Hazırda onların populyasiyası bərpa edilir.

Amerika bizonu

Amerika bizonu Avropa zubruna çox oxşayır, ona görə də bəzi alimlər hesab edir ki, onlar eyni növdür. Lakin burada fikir ayrılıqları var. Bizonlar zubrla asanlıqla cütləşirlər, yeni nəsil zubrobizon adlandırılıb.

Alimlərin hesablamalarına görə, XIX əsrin əvvəllərində Amerikada 60 milyona yaxın olubsa, əsrin sonlarında amerikalılar onları məhv etdikdən sonra orada min bizon qalıb. Hazırda Amerikada bizonların populyasiyası bərpa edilir.

Asiya və ya Hindistan kəli

Uzunluğu 3 metrə çatan öküzdür. Çəkisi 1200 kq-a qədər olur. Bu vəhşi kəllər böyük sürülərlə Butanda, Nepalda, Kambocada, Tailandda, Hindistanda yaşayırlar. İndi onları ancaq mühafizə olunan yerlərdə görmək olar. XIX əsrdə Avstraliyaya aparılmış və geniş yayılmışlar.

Zebu

Vəhşi kəlin növü olan zebular Hindistanın, Pakistanın və Banqladeşin ərazisində yayılıb. Tropik və subtropik iqlimdə yaşayırlar və istiyə davamlıdırlar. Avropa inəkləri ilə cütləşə bilirlər.

Hindistanda zebunun 35 növü var. Bu heyvanların populyasiyasına heç bir təhlükə yoxdur.

 

Yeganə Məmmədova

Paylaş