İsveçrə dağlarında dörd gündə üç nəfər ölüb

Google+ Pinterest LinkedIn Tumblr +

İsveçrədə Dan Blanş zirvəsinə qalxarkən iki almaniyalı alpinist ölüb.

Biosfer.az xəbər verir ki, Dan Blanş zirvəsi 4357 metr yüksəklikdə yerləşir.

Məlumata əsasən, hadisə avqustun 3-də saat 8:30-da baş verib. Bildirilir ki, alpinistlər zirvəyə qalxan zaman yıxılıblar. Yıxılmanın şahidi digər alpinistlər olub və xilasetmə xidmətlərinə xəbərdarlıq ediblər.

Hazırda hadisənin səbəbləri araşdırılır və ölənlərin kimliyi müəyyənləşdirilir.

Bundan əvvəl, avqustun 1-də İngiltərədən olan 58 yaşlı turist Ştralhorn dağına qalxarkən həlak olub.

Paylaş