Kürdəmirdə biçilmiş taxıl sahəsi yanıb

Google+ Pinterest LinkedIn Tumblr +

Kürdəmir rayonunda biçilmiş taxıl sahəsi yanıb.

“Report” xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində Əliyev Azər Xası oğluna məxsus 2 hektar ərazidə baş verib.

Hadisə yerinə Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

Paylaş