İldırım vurmasından 51 nəfər öldü

Google+ Pinterest LinkedIn Tumblr +

Güclü leysan yağışlarının şimşək çaxması ilə müşayiət olunduğu Hindistanın Bihar və Carkhand ştatlarında çərşənbə axşamından bəri ildırım vurmasından azı 51 nəfər ölüb.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, Biharda 39, Carkhandda 12 nəfər ölüb. Bundan başqa, daha bir neçə nəfər də yaralanıb.

Rəsmilər ölənlərin və yaralananların ailələrinə maddi yardım edəcəklərini söyləyib.

Paylaş