Koyotlar ilə pumanın davası videoya düşdü

Google+ Pinterest LinkedIn Tumblr +

Amerikanın Kaliforniya ştatının Los-Qotos şəhərində bir puma ilə iki koyot (çəmənlik canavarları) yaşayış binalarından birinin həyətində bir-birinə hücum ediblər.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, görüntülər binanın müşahidə kamerasına düşüb. Bu barədə Story-Tender internet nəşri xəbər yayıb.

Videoçarxın müəllifi 59 yaşlı Monika Hilbertin sözlərinə görə, o, həyətdən səs eşidib və pəncərədən baxanda vəhşi heyvanları görüb. Kadrlardan görünür ki, iki koyot pumaya yaxınlaşaraq ona hücum edir. Vəhşi pişik onlardan birinin üstünə tullanır və onlar qaçmağa başlayır.

Hilbertin sözlərinə görə, yaşayış binasının yaxınlığında koyotların yuvası var və onlar orada balaları ilə qalır. Çox ehtimal ki, koyotlar balalarını müdafiə etmək üçün puma ilə döyüşüblər.

Paylaş