Məktəblərdə təhsil haqqını plastik kütlə ilə ödəyəcəklər – EKOLOGİYAYA QAYĞI

Google+ Pinterest LinkedIn Tumblr +

Nigeriyada ətraf mühitin qorunması üzrə qeyri-kommersiya təşkilatında “RecyclesPay” adlı yeni layihə hazırlanıb.

Laqosda aşağı gəlirli ailələrdən olan mindən çox uşaq öz təhsil haqqını ödəmək üçün yeni imkan qazanıb: illik təhsil haqqını (təqribən 50 dollar) ödəmək üçün təqribən 870 kiloqram plastik kütlə təhvil vermək lazımdır.

Ekologiya təşkilatının rəhbəri ümid edir ki, təhsil haqqının ödənilməsinin bu variantı həm ölkədə savadlılıq səviyyəsini artırmağa kömək edəcək, həm də Nigeriya sakinləri plastik tullantıları utilləşdirməyə öyrəşəcəklər. (Azərtac)

Paylaş