ABŞ-ın Kaliforniya ştatında 4,3 bal gücündə zəlzələ baş verib.
Biosfer.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri San Fransisko şəhərindən 38 kilometr şimal-qərbdə, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.