Öküzlə şəkil çəkdirmək istədi…

Google+ Pinterest LinkedIn Tumblr +

San-Fermin festivalı iştirakçılarından biri öküzlərlə birgə vdeo çəkdirmək istəyərkən boynundan ciddi xəsarət alıb.

Biosfer.az USA Today portalına istinadən xəbər verir ki, iyulun 7-də 46 yaşlı Hayme Alvares ailəsi ilə birlikdə məşhur ispan festivalına gedib və insanların 12 hirsli öküzdən qaçdığı ənənəvi tədbirdə iştirak etmək qərarına gəlib. Ailəsi onu bu fikirdən daşındırmaq istəsə də, Hayme təhlükəli oyunda adrenalin yaşamaq istəyib.

O, qəzəbli öküzlərin qarşısından 850 m qaçıb, sonra hasara çıxıb. Bir neçə saniyədən sonra öküzlərin uzaqlaşdığını görüb hasardan enəndə videoya düşmək fikri ilə meydançaya yaxınlaşıb, bu an arxadan hirsli bir öküz onu buynuzu ilə vurub. Kişinin boynundan qan su kimi axanda o başa düşüb ki, xəsarəti çox ciddidir. Onu tezliklə xəstəxanaya yerləşdiriblər. Cərrahi müdaxilədən sonra Hayme özünü yaxşı hiss edir. Xoşbəxtlikdən, onun heç bir vena və əsas arteriyaları zədələnməyib və bu, onun sağ qalmasına səbəb olub.

Paylaş