Atmosferə atılan tullantıların həcmi 50 milyon tona çatıb

Google+ Pinterest LinkedIn Tumblr +

Bu il Arktikada baş vermiş güclü yanğınlar nəticəsində iyunun əvvəli üçün atmosferə atılan tullantıların həcminin 50 milyon tona çatdığı məlum olub.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, bu, ümumilkdə 2010-ci ildən 2018-ci ilə qədər olan dovrdə Arktika ərazisində eyni səbəbdən atmosferə atılan tullantı həcminə bərabərdir.

Ümumdünya Meteoroloji Təşkilatının rəsmi nümayəndəsi Cenevrədə keçirilən mətbuat konfransında bildirib ki, şimal yarımkürəsində isti hava şəraiti Aralıq dənizindən tutmuş Arktikaya qədər yanğınlara səbəb olub.

Paylaş