Yaşayış evinin altından nəhəng piton tapıldı – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Amerikanın Florida ştatında Vəhşi Təbiətin Mühafizəsi Cəmiyyətinin mütəxəssisləri 74 kiloqramlıq piton və onun 50 yumurtasını aşkar ediblər.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı UPİ portalı video paylaşıb. Kadrlardan görünür ki, könüllülər 4 metrlik tünd rəngli pitonu və onun balalarını yaşayış binasının altından çıxarırlar. Mütəxəssis Ron Berjeronun sözlərinə görə, bu ilan digər heyvanların yaşadığı təbii mühit üçün böyük və ciddi təhlükədir.

Tünd rəngli, pələng dərisinə oxşar bu pitonlar Cənub-Şərqi Asiyada yaşayırlar. Onların uzunluğu 3,7 m olur, lakin daha uzun – 5,74 m pitonlara da rast gəlmək olur. Bu növ pitonlar Floridaya 30 il əvvəl gətirilib. Onlar əsasən Everqleyds regionunda çoxalıblar və yerli faunanı məhv etməkdə davam edirlər.

Ştatın rəhbərləri bu növ ilanların tutulması üçün ovçular arasında müsabiqələr elan etsə də, hələlik bu ilanlar həmin ərazidə çoxalmaqdadırlar.

Paylaş