Abşeronda şam ağacları yandı – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Abşeron rayonunda güclü yanğın olub.

“Report”un Sumqayıt-Abşeron bürosu məlumat verir ki, hadisə Bakı-Quba yolunun Xırdalan şəhərindən keçən ərazisində qeydə alınıb.

Belə ki, magistral yolun kənarında, təxminən, 500 kvadratmetr ərazidə Eldar şamı olan ağaclıqda yanğın başlayıb. Havanın küləkli olması səbəbindən yanğının diametri genişlənib. Hadisə yerinə Abşeron rayon dövlət yanğından mühafizə hissəsinin bir neçə texnikası və canlı qüvvəsi cəlb olunub. Ərazidə yanan ağaclar və quru otlar yanğınsöndürənlər tərəfindən söndürülüb və yaxınlıqda olan evlərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, hadisəyə magistral yoldan keçən avtomobillərdən əraziyə atılan siqaret kötüyü səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş