Güclü külək və leysan yağış İsmayıllıda fəsadlar törətdi – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

İsmayıllı rayonunda güclü külək və leysan yağış bir sıra fəsadlar törədib.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, təbii hadisə nəticəsində evlərə, ağaclara, elektrik xətlərinə ciddi ziyan dəyib.

Güclü külək bir neçə evin və sosial obyektin dam örtüyünə ziyan vurub. Təbii hadisə zamanı rayonda məcburi köçkünlər üçün salınan “Qarabağ” yaşayış massivində məskunlaşan Şuşa sakini, 1969-cu il təvəllüdlü Mirzəliyev Rövşən Hümbət oğluna məxsus fərdi yaşayış evinin dam örtüyü tamamilə qopub, yağış suları evə ciddi ziyan vurub. Ailə üzvləri qonşuların köməyi ilə təhlükəsiz yerə köçüb.

Hadisə zamanı “Cənnət bağı” istirahət mərkəzinin qarşısında dayanan avtobusun içinə sel suları və lil dolub. Avtobusun Gəncədən turist gətirdiyi bildirilir. Hadisə zamanı avtobusda sərnişin olmayıb.

Güclü külək nəticəsində rayon mərkəzində elektrik enerjisinin təchizatı dayanıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ziyan dəyib. Hazırda rayonda güclü külək və leysan yağış davam edir.

Paylaş