Azərbaycan və rusiyalı seysmoloqlar Xəzər dənizi regionunda tədqiqatlar aparacaqlar

Google+ Pinterest LinkedIn Tumblr +

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Serqo Orjonikidze adına Rusiya Dövlət Geolojikəşfiyyat Universitetinin təşkilatçılığı ilə Moskvada “Xəzər regionunun mineral xammal bazası” mövzusunda keçirilən müzakirələrdə iştirak edib.

Biosfer.az xəbər verir ki, səfər çərçivəsində RSXM-nin baş direktoru ikitərəfli əməkdaşlığın imkişafına dair bir sıra görüşlər də keçirib. Həmçinin Serqo Orjonikidze adına Rusiya Dövlət Geoloji kəşfiyyat Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında “Elmi-texniki əməkdaşlıq” haqqında razılaşma imzalanıb. Sənədi Serqo Orjonikidze adına Rusiya Dövlət Geolojikəşfiyyat Universitetinin rektoru Vadim Kosyanov və AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli imzalayıblar. Razılaşmada ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi, Xəzərdənizi hövzəsi ilə bağlı birgə elmi tədqiqatların aparılması, ekoloji risklərin öyrənilməsi nəzərdə tutulur.

Paylaş