Şəhərin küçələrində “dünyanın ən böyük pişiyi” ilə – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Cənubi Karolina ştatının Mertl-Biç şəhərində bir kişi küçədə liqr ilə gəzib.

Biosfer.az xəbər verir ki, bu videoyazı ilə “The Sun” nəşri maraqlanıb və gözəl kadrlar internetdə yayılıb.

“Əsl Tarzan” təxəllüslü Maykl Hostonun çəkdiyi kadrlardan görünür ki, o öz dostu liqr ilə (erkək şir ilə dişi pələngin hibridi) küçədə gəzir. Liqrin çəkisi 319 kiloqramdır. Sahibinin sözlərinə görə, bu liqr “dünyanın ən böyük pişiyidir”. O, saatda 60 km sürətlə qaça, 4 metrdən çox uzunluğa tullana bilir, adı da Apollondur.

YouTube kanalında yayılan bu videohostinq 100 mindən çox baxış toplayıb. Şərh yazanlar onu 42 min il əvvəl nəsli kəsilmiş qılınc dişli pələngə oxşadıblar.

Paylaş