İquanaları öldürün! – Göstəriş verildi

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Florida ştatında sakinlərə iquanaları öldürmək göstərişi verilib.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Florida Vəhşi Heyvanların Mühafizəsi Komissiyası bildirib.

Qeyd olunur ki, yaşıl iquanaların sayı ştat ərazisində kəskin çoxalıb. Həmin iquanalar infrastruktura, bitkilərə ziyan vurur, bundan başqa, onlar salmonella bakteriyalarının daşıyıcıları ola bilər.

Yaşıl iquanalar ilk dəfə Floridada 1960-cı illərdə müşahidə edilib.

Paylaş