Qaxa qoz boyda dolu yağdı

Google+ Pinterest LinkedIn Tumblr +

Dünən Qax rayonuna dolu yağıb.

Biosfer.az xəbər verir ki, rayon ərazisində günün ikinci yarısından etibarən davam edən qeyri-sabit hava şəraiti nəticəsində Zərnə kəndinə dolu düşüb.

Kənd sakinləri “Report”a bildiriblər ki, dolu yağması təxminən 10 dəqiqə davam edib və dolunun ölçüsü qoz boyda olub.

Dolu nəticəsində təsərrüfatlara ziyan dəydiyi bildirilir.

Paylaş