Quraqlıqla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edildi

Google+ Pinterest LinkedIn Tumblr +

Litva hökuməti quraqlıqla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Biosfer.az xəbər verir ki, vəziyyətlə əlaqədar hökumət tərəfindən fermerlərə kompensasiyaların ödənilməsi və müəyyən güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur.

Ölkənin Ətraf Mühit Nazirliyi məlumat verib ki, iyunda ölkədə qeydə alınan rekord istilər və quraqlıq nəticəsində məhsul yığımı iki dəfə azala bilər.

Quraqlıq nəticəsində çaylarda suyun azalması həm də balıqçılığa ciddi zərbə vurub.

Latviya hökuməti qonşu Belarusdan su anbarlarındakı ehtiyat hesabına Neris çayında suyun səviyyəsinin artırılmasını xahiş edib.

Paylaş