İrkutsk vilayətində daşqın: 12 qurban

Google+ Pinterest LinkedIn Tumblr +

Rusiyanın İrkutsk vilayətində daşqınlar nəticəsində həlak olanların sayı 12 nəfərə çatıb, daha 9 nəfərin taleyi isə məlum deyil.

Biosfer.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, son məlumata əsasən, regionun 750-dən çox sakini ziyan çəkib, 153 nəfər xəstəxanaya yerləşdirilib. Baş Nazir Dmitri Medvedev təbii fəlakətdən zərər çəkənlərə kompensasiya ödənilməsinə başlandığını bildirib.

Vilayətdə daşqınlara şiddətli yağışlar səbəb olub. Fəlakət zonası onlarla yaşayış məntəqəsini əhatə edib, 6,7 mindən çox yaşayış binasını su basıb. Altı rayonda fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Şənbə günü daşqın zonasına baş çəkən Rusiya Prezidenti Vladimir Putin təbii fəlakətin nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün tapşırıqlar verib.

Paylaş