Başında bıçaq gəzdirən soyuqqanlı timsah

Google+ Pinterest LinkedIn Tumblr +

Amerikanın Texas ştatının Şuqar-Lend şəhərində başında bıçaqla gəzən timsah görünüb.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, şəhər sakini Erin Uiver səhər göl sahilində gəzərkən timsah görüb. Timsah özünü elə aparırmış ki, guya alnındakı böyük mətbəx bıçağı onu narahat etmir. Qadın onun şəklini sosial şəbəkədə paylaşır. Şəkilə yazılan şərhlərdən aydın olur ki, onu şəhərin digər sakinləri də görüb. Bir çoxlarını onun sağlamlığı narahat edir.

Mətbuatda yayılan xəbərlərdən sonra timsahla Texasın Parklar və vəhşi təbiət departamenti də maraqlanmağa başlayır. Hadisə yerinə peşəkar timsah ovçusu yollanır, ancaq timsahı görməyə müvəffəq olmur. Departamentin mətbuat katibinin sözlərinə görə, timsahın başındakı bıçaq ya düşmüş, ya da timsah bu yerləri tərk etmişdir.

Texasda Missisipi timsahlarına daha çox rast gəlinir. Onların uzunluğu 3 və 4 m-ə çatır, çəkiləri 200 kq-a qədər olur. May ayında timsahların cütləşmə mövsümü başlayır və iyuna qədər davam edir. Bu dövrdə onlar daha aktiv olur və insanların qarşısına çıxırlar.

Paylaş