Qızıl balıq səyahət edib kanalizasiyadan çaya düşdü

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Nyu-York şəhərində qeyri-kommersiya təşkilatının könüllüləri Niaqara çayında böyük qızıl balıq aşkar ediblər.

Bu barədə Biosfer.az xarici mətbuata istinadən xəbər verir.

Təşkilat üzvləri “Facebook”da Buffalo Niagara Waterkeeper səhifəsində belə bir post dərc ediblər ki, lazım olmayan qızıl balıqlara kanalizasiyaya buraxmayın, ondansa zoomağazalara təhvil verin. Onların sözlərinə görə, bu balaca qızıl balıqlar çaylarda bir ilə yaxın yaşaya bilir və yerli varlıqların yaşadıqları mühiti dağıda bilirlər. Könüllülər hətta çaydan tutduqları 35 sm-lik qızıl balığın şəklini də paylaşıblar.

Çin dabanbalığı və ya qızıl balıq – şirin sularda yaşayan dabanbalığının bir növüdür. O, akvarium balıqlarının ən çox yayılan növüdür. Avstraliyada qızıl balıq saxlayanların bəziləri öz yetişdirdikləri bu balıqları təbii su hövzələrinə buraxırlar. Balıqların çoxu qida ilə zəngin olan bu sularda yaxşı yetişir, bəziləri hətta 1 kq-dan artıq olur. Balıqçılar tərəfindən tutulan bu qızıl balıqlardan ən böyüyünün çəkisi 1,9 kq gəlib.

Paylaş