Vəhşi qaban metroya girdi – Qadın xəsarət aldı

Google+ Pinterest LinkedIn Tumblr +

Honkonqun Sayvan rayonunda vəhşi qaban metro stansiyalarından birinə soxularaq qadını yaralayıb.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, insident iyunun 19-da qeydə alınıb. Vəhşi qaban axşam saat 20 radələrində metroya girib və 49 yaşlı qadına hücum edib. Yaxınlıqda dayanan polis işçiləri və metropolitenin təhlükəsizliyinə cavabdeh olan mühafizəçilər dərhal qabanı uzaqlaşdırıblar. Zərərçəkən qadın xəstəxanaya yerləşdirilib.

Polis işçiləri qabanı küncə dirəyib dəmir hasarlarla əhatə ediblər ki, qaça bilməsin. Sonra hadisə yerinə Kənd Təsərrüfatı Nazirliyinin və Honkonq qoruqlarının nümayəndələri gəlib və qabanı zərərsizləşdirərək aparıblar.

May ayında belə bir məlumat da yayılmışdı ki, Çjetszyan əyalətində vəhşi qaban zavod yeməkxanasında əsl qırğın törədib. Sonra o, küçəyə qaçaraq bir qrup fermerin üstünə cumub. Fermerlər qabanı güllələmək məcburiyətində qalıblar.

Paylaş