Hirkan Milli Parkında yanğın – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

İyunun 28-də ildırım vurması nəticəsində Hirkan Milli Parkının dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, yanğın qısa müddətdə milli parkın əməkdaşlarının və yaxınlıqdakı Gəgiran kəndinin sakinlərinin köməyi ilə söndürülüb. Ərazidə yalnız quru ot örtüyü yanıb, ağaclara ziyan dəyməyib.

ETSN yanğının qarşısının alınmasında nazirliyin əməkdaşlarına kömək və dəstək göstərdiklərinə görə Gəgiran kəndinin sakinlərinə minnətdarlıq bildirir və vətəndaşlardan xahiş edir ki, təbiət ərazilərində olarkən odla ehtiyatlı davransınlar, yanğın təhlükəsizliyi qaydalarına riayət etsinlər.

Paylaş