Hindistanda yer-göy “yanır” – 29 nəfər istidən öldü

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanın Bihar ştatında bir aydır anomal istilər davam edir.

Biosfer.az yerli mətbuata istinadən xəbər verir ki, anomal istilər nəticəsində ştatda azı 29 nəfər həlak olub.

Bildirilir ki, 25 nəfər ştatın Auranqabad dairəsində, 4 nəfər isə Navada və Qaya dairələrində həlak olub.

Bundan əlavə anomal istilər nəticəsində 30-dan artıq insan xəstəxanaya yerləşdirilib.

Paylaş