Küçə itlərinə zəhərli ət verən qadın xəstəxanalıq oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Adı çəkilməyən 26 yaşlı qadın Peterburqda dəmiryolu stansiyalarından birinin yaxınlığında bir neçə gün yiyəsiz itləri öldürmək üçün ətrafa zəhərli ət atırmış. İt qatilinin qurbanları nəinki yiyəsiz küçə itləri, həm də sahibləri ilə gəzən ev itləri olub.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, küçədə itlə gəzən adamlardan biri qızın bu hərəkətini izləyərək, onun nə işlə məşğul olduğunu başa düşüb və ölüm saçan ət parçalarından birini zorla onun ağzına salıb, yeməyə məcbur edib. Hazırda qatil qız zəhərlənmə diaqnozu ilə xəstəxanada yatır. Həkimlər onun mədəsini yuyublar.

“Heyvanları xilas edin” saytının verdiyi məlumata görə, qız polisə şikayət etməyəcək. Belə ki, heyvanlarla vəhşicəsinə hərəkətinə görə cinayət məsuliyyətindən qorxur.

Yeganə Məmmədova

Paylaş