Şirkətlər ətraf mühiti necə çirkləndirir? – İlk dəfə rəqəmlər açıqlandı

Google+ Pinterest LinkedIn Tumblr +

Amerikanın “Coca-Cola” alkoqolsuz içkilər şirkəti ilk dəfə öz məlumatlarını yayıb. Məlumata görə, şirkət hər il 3 mln. ton plastik qablar buraxır ki, bu da dəqiqədə 200 000 yarım litrlik butulkalar və ya ildə 108 mlrd. butulka deməkdir.

Biosfer.az xəbər verir ki, “The Guardian” nəşrinin yazdığına görə, şirkət öz həcmlərini açıqlamaqla digərlərini də onun ardınca getməyə çağırır.

Bu məlumatlar BMT-nin ətraf mühit üzrə Proqramının (YUNEP) dəstəyi ilə Ellen MacArthur xüsusi fondunun hazırladığı “Yeni plasrik iqtisadiyyat. Qlobal öhdəliklər” hesabatında dərc edilmişdir. Əvvəllər Coca-Colanın açıqlamaqdan imtina etdiyi rəqəmlər 2017-ci ildəki istehsal həcmini əks etdirir. Həmin il Amerika şirkətinin payına bütün dünya istehsalçılarının buraxdığı 500 mlrd. butulkanın 1/5 hissəsi düşüb. Nestlе bəyan edib ki, hər il 1,7 mln. plastik qab, Danone — 750 000, Tetra Pak — 721 000, Unilever — 610 000 ton plastik qab istehsal edir. (mənbə: theguardian.com)

Yekunda öz məlumatlarını Ellen MacArthur fondunun qlobal hərəkət planına qoşulan 150 istehsalçıdan yalnız 31 şirkət bölüşüb.

Hesabatı o cümlədən, PepsiCo, L’Oreal, Walmart yaymaqdan imtina ediblər.

Bundan başqa, fond tərəfindən dərc edilən məruzədə ilk dəfə açıqlanan məlumatda həyata keçirilən tədbirlərdən və gələcəyə planlardan da danışılır. Belə ki, təşəbbüsə imza atan şirkətlər 2025-ci ilə qədər istehsal etdikləri plastik qabları dəfələrlə istifadə üçün, ikinci emal və ya üzvi gübrəyə çevirmək üçün yararlı etməyi öhdələrinə götürüblər.

“Yeni plastik iqtisadiyyat” ekspertlərinin fikrincə, bu planlar irəliyə ciddi addımdır, lakin “onlar hələlik planetin çirkləndirilməsi probleminin miqyasına real uyğunluğu”ndan çox uzaqdırlar.

Və ən başlıcası – öz öhdəliklərini deklarasiya etmək yox, nəhayət, qəti hərəkətə keçmək lazımdır.

Paylaş